17 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması yeni qaydada həyata keçiriləcək

Bu il yanvarın 1-dən Azərbaycanda "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması" Qaydası qüvvəyə minib. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ölkə Prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş yeni qaydaya əsasən, aqrar subsidiyalar fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə veriləcək.

Kənd təsərrüfatı sahəsinə dəstək tədbirləri ilə bağlı yeni mexanizm bu sahədə hesabatlılığın, şəffaflığın artmasına, büdcə vəsaitlərinin səmərəli istifadəsinin təmin edilməsinə, fermerlər üçün müraciətlərin sadələşdirilməsinə, elektronlaşdırılaraq asanlaşdırılması və əlçatan olmasına xidmət edir.

Qeyd edək ki, yeni mexanizmin tətbiqi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi bütün hazırlıq tədbirlərini başa çatdırıb. Elektron hökumət portalı www.mygov.az içərisində www.eagro.az portalı formalaşdırılıb və portalda 449 259 fermer qeydiyyatdan keçib. Əkinçiliklə məşğul olan fermerlərin torpaq sənədləri və payızlıq əkinləri barədə məlumat Kənd Təsərrüfatı Nazirliyinin intensiv təlimlər keçmiş əməkdaşlarının dəstəyi ilə sistemə daxil edilib. Hazırda bu məlumatların monitorinqi aparılır. Monitorinqlər yekunlaşdıqdan sonra mərhələli olaraq subsidiyalar fermerlərin kartlarına köçürüləcək.

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?