11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Neft Fonduna 158 milyard dollardan çox vəsait daxil olub

Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) yarandığı vaxtdan bu il noyabrın 30-dək ümumilikdə, təqribən 158,4 mlrd. dollar həcmində vəsait daxil olub. Fondun məlumatına görə, bu vəsaitin 151,5 mlrd. dollarını neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər, 6,9 mlrd. dollarını isə Fondda toplanan vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər təşkil edir. Qeyd edilib ki, fəaliyyətə başlayarkən 271 mln. dollar həcmində aktivləri olan Fondun vəsaitləri bu il ilk dəfə olaraq 40 mlrd. dolları keçib.

Qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həlli, Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin inşası, Oğuz-Qəbələ-Bakı su kəmərinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, STAR neft emalı kompleksinin inşası, Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin tikintisi layihələri, "Cənub Qaz Dəhlizi" QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsi, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" layihələrinin icrasına Fond tərəfindən 9,4 mlrd. dollar həcmində vəsait sərf edilib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?