11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycandan diri heyvan ixracı azalıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 111,45 min ABŞ dolları dəyərində diri heyvan ixrac edilib. "APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, diri heyvan ixracı ötən ilin eyni dövr ilə müqayisədə 3,5 dəfə azalıb. Bu müddətdə ölkəyə eyni adla məhsul idxalı isə illik 1,6 faiz azalaraq 52.750,47 min ABŞ dolları təşkil edib. Bu, cəmi idxalın 0,43 faizi deməkdir.

Həmçinin hesabat dövründə ölkədən 612,81 min ABŞ dolları dəyərində ət və qida üçün yararlı ət əlavələri ixrac edilib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə ixracda 1,7 dəfə azalma qeydə alınıb.

Bununla yanaşı, hesabat dövründə illik müqayisədə 12,6 faiz çox – 71.662,63 min ABŞ dolları dəyərində idxal reallaşdırılıb ki, bu da cəmi idxalın 0,58 faizini təşkil edib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?