3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu il əmək müqavilələrinin sayı 161 min artıb

2019-cu ildə həyata keçirilən islahatların nəticəsində ölkədə əmək müqavilələrinin sayı da 161 min müqavilə artıb. Onların böyük hissəsi - 96 mini özəl, 65 mini isə dövlət sektorunda qeydə alınıb. APA-nın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazirin sözlərinə görə, bu il ölkədə əmək haqqı fondunun 43 faiz, median əmək haqqının 52 faiz artması çox böyük göstəricidir. Median əmək haqqının 52 faiz artması 800 min insanın əmək haqlarının 50 faizdən çox artması deməkdir. Bu, ölkədə qeyri-leqal əmək münasibətlərinin azalmasının, bu sahədə leqallaşmanın göstəricisidir, yəni kölgə iqtisadiyyatının daralmasının göstəricisidir.

S.Babayev qeyd edib ki, bu il qəbul edilən inqilabi qərarların və islahatların birbaşa iqtisadiyyata çox böyük dəstəyi var, 161 min əmək müqaviləsi artımı ilə həmçinin büdcəyə gələn vəsait artır, bununla da nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna əlavə vəsaitlər gəlir və nəticə olaraq bu vəsaitlərin hesabına pensiyalar artır.

Həssas kateqoriyadan olan insanların məşğulluğu üçün də mütəmadi olaraq işlər aparıldığını deyən nazir məşğulluğu təmin edilə bilməyənlər sosial təminat mexanizmləri ilə əhatə olunur.

S.Babayev onu da xatırladıb ki, bu il ölkədə minimum əmək haqları 93 faiz artırılıb. Müxtəlif kateqoriyadan olan şəxslərin də əmək haqları 50 faizdən 100 faizədək artırıldı: "Azərbaycan əmək bazarında çox ciddi bir dinamizm əmələ gəldi. Sırf bu sahəyə yönəldilən dövlət vəsaitinin məbləği milyardlarla ölçülür. Azərbaycanın dövlət büdcəsinin təqribən 40 faizi sosial yönümlü xərclər üçün yönəldilib, bu, artan dinamizin göstəricisidir. Qeyd edilən bu sosial islahatların davamı gələn il də gözlənilir".

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması