10 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aqrar Kredit və İnkişaf Agentliyi güzəştli şərtlərlə 4.068 ədəd kənd təsərrüfatı texnikası satıb

Aqrar Kredit və İnkişaf Agentliyi güzəştli şərtlərlə 4.068 ədəd kənd təsərrüfatı texnikası satıb

"Bu il kənd təsərrüfatı istehsalı vasitələrindən istifadəyə görə investisiyaların ümumi məbləği 132,258 milyon manat, o cümlədən, faizsiz kredit və subsidiyanın məbləği 89,909 milyon manat olub". Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib. Onun sözlərinə görə, il ərzində rəhbərlik etdiyi qurum güzəştli şərtlərlə 4.068 ədəd kənd təsərrüfatı texnikası, 4.510 ədəd damazlıq heyvan satıb: "Bu il 704 kənd təsərrüfatı layihəsi nağd pul vəsaiti ilə kreditləşdirilib. Bunun üçün ayrılmış pul kreditinin məbləği 20,724 milyon manat olub. Hazırda 22 layihə icradadır".

M.Əliyev onu da deyib ki, bu il fermerlərə 164.993.848 manat məbləğində kənd təsərrüfatı texnikası satılıb. Bu məbləğin 59.502.369 manatı fermerlərə güzəşt edilib, 31.725.860 manatı isə kredit kimi onlara verilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?