19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Növbəti güzəştli mənzillər satışa çıxarılır

Dekabrın 25-də və 27-də "Güzəştli mənzillər"in seçiminə başlanılacaq. Mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərindən (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Mənzil İnşaatı Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdirlər. Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

İstifadəçilərə satış vaxtından bir neçə saat əvvəl sahib olduqları gücləndirilmiş Elektron imza (www.e-imza.az) və ya "ASAN imza" (www.asanimza.az) vasitəsilə "Güzəştli mənzil" sisteminə daxil olmaları tövsiyə olunur. Bu, onlara Elektron imza və ya "ASAN imza"nın işlək vəziyyətdə olub-olmamasını, həmçinin onlayn imzalayıcı proqramının kompüterə yüklənməsini öncədən müəyyən etməyə imkan yaradacaq.

Bununla yanaşı, mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən şəxslər mütləq "Güzəştli mənzil" sistemində öz elektron kabinetlərinə daxil olaraq "İlkin razılıq qərarı" bölməsində agent bankdan aldıqları razılıq qərarını imzaladıqlarına bir daha əmin olmalıdırlar.

Mənzil seçimi prosesində iştirak edən istifadəçilər tərəfindən "Seçimlər" mərhələsində "CAPTCHA" (simvollardan ibarət avtomatlaşdırılmış kod) kodu mütləq daxil edilməlidir. Müvafiq xanada əks edilən "CAPTCHA" kodu yalnız ingilis hərfləri ilə (böyük və ya kiçik hərflərlə) olmalıdır.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?