2 Oktyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İdxal-ixrac əməliyyatlarında səmərəliliyin yüksəldilməsi

Dekabrın 19-da Bakıda, Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "İdxal-ixrac əməliyyatlarında səmərəliliyin yüksəldilməsi perspektivləri" mövzusunda sahibkarlar üçün seminar keçirilib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, seminarda DGK, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və 30-dan çox sahibkar iştirak edib.

Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin direktoru Eser Çengel idxal-ixrac əməliyyatlarında səmərəliliyin yüksəldilməsi perspektivləri mövzusunda keçirilən seminarı sahibkarlar üçün faydalı hesab edib.

Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov Dövlət Gömrük Komitəsinin daim sahibkarlarla görüşlər keçirdiyini və bu tədbirlərin gömrük-biznes əməkdaşlığının, biznes mühitinin inkişafına mühüm töhfə verdiyini vurğulayıb, gömrük-biznes əməkdaşlığına xidmət edən bugünkü seminarı təqdirəlayiq hal hesab edərək sahibkarları aktiv olmağa səsləyib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov isə sahibkarların intensiv olaraq maarifləndirilməsi üçün Dövlət Gömrük Komitəsi, həmçinin Dövlət Gömrük Komitəsinin Akademiyası ilə daha sıx əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.

Seminar daha sonra təqdimatlarla davam edib. Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə qaydaları, Gömrük-Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Transsərhəd əməkdaşlığı şöbəsinin rəisi Cəfər Quluzadə "Bir pəncərə" sisteminin tətbiqi vasitəsilə idxal-ixrac əməliyyatlarının sürətləndirilməsi", DGK-nın Gömrük Tarifləri və tarif təsnifatı şöbəsinin böyük inspektoru Fuad Məmmədov "İdxal-ixrac əməliyyatları zamanı gömrük ödənişlərinin tətbiqi qaydaları mövzusunda təqdimatlarla çıxış ediblər.

Seminarın sonunda sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.

VergiFrilanser kimi çalışan vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiÖdənişin nağd qəbuluna görə maliyyə sanksiyası hansı məbləğə tətbiq olunur? İqtisadiyyatAYİB Azərbaycanda iqtisadi artım proqnozlaşdırır SosialMəcburi işburaxma dövrü üçün əməkhaqqı məbləğinin hesablanması VergiTexnologiyalar parkının rezidentinin əməkdaşlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİctimai iaşə xidməti göstərən müəssisədə ƏDV-nin geri qaytarılması necə aparılır? İqtisadiyyatYenilənmiş 5 qəpiklik metal pul nişanı tədavülə buraxılıb Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ