10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əməkhaqqının rəsmiləşdirilməsi kredit almaq istəyənlərə daha aşağı faiz dərəcələri təklif etməyə yardım edir

"Bu gün Azərbaycanda həyata keçirilən bütün islahatları alqışlayırıq. Artıq onların bank sektoruna müsbət təsiri hiss olunmaqdadır". Bunu "VTB Bank Azərbaycan"ın İdarə heyətinin sədri Yevgeni Kirin deyib. Onun sözlərinə görə, bu, o cümlədən ödənişlərin aktivləşdirilməsi və tənzimlənməsi sahəsinə də aiddir. "Nağd ödənişlərdən istifadənin məhdudlaşdırılması nağdsız dövriyyənin artmasına səbəb olub. Bu, iqtisadiyyat və biznes üçün çox müsbət addımdır. Bu gün nağdsız ödənişlərdə ciddi artım müşahidə olunur, bu da vergi bazasının artmasına və əməliyyatların şəffaflığına təsir göstərir", - Y.Kirin bildirib.

O qeyd edib ki, bu istiqamətdə islahatlar bir neçə il əvvəl başlasa da, yaxşı nəticələr əldə etmək üçün vaxt tələb olunub: "Fiziki şəxslərin gəlir vergisindən vergitutma ilə bağlı moratoriumun əmək haqqı bilgilərinin daha şəffaf olmasına gətirib çıxardığını görürük. Çünki rəsmi bəyan edilmiş gəlirlərin payı hətta bir il əvvəl də minimal idi. Bu amil bankların işinə də təsir göstərir, çünki kredit üzrə faiz dərəcələrini hesablayarkən müştərinin birbaşa ödəmə qabiliyyətindən asılı olan risklərini qiymətləndiririk. Rəsmi gəlirlər, əlbəttə ki, bu göstəricini artırır və borcalanlara daha aşağı faiz dərəcələri təklif etməyimizə yardım edir".

Onun sözlərinə görə, hüquqi şəxslərə kredit verilməsi üçün layihə seçərkən banklar şəffaf fəaliyyət göstərən şirkətlərə üstünlük verirlər: "Müəssisənin maliyyə göstəricilərini təhlil edirik, stress-testlər keçiririk və risk səviyyəsini təyin edirik. Yalnız bundan sonra kredit verə biləcəyimiz şərtlər rəsmiləşdirilir. Əvvəllər əksər məlumatların idarəetmə hesabatlıqla bağlı olması səbəbindən hesablamalarımız reallığı əks etdirmirdi. Onun payı rəsmi hesabatın artması lehinə nə qədər çox azalacaqsa, borcalanlara kredit verilməsi şərtləri də bir o qədər sadə və əlverişli olacaq. Bank da bunda maraqlıdır. Çünki o zaman anderraytinq proseduru bizdən daha az vaxt alacaq".

Y.Kirin bildirib ki, beynəlxalq praktikada vergi hesabatları və bəyannamələr əsasında kommersiya bazasında paylanan avtomatlaşdırılmış açıq məlumat bazası yaradılır: "Bu bazada şirkətin bütün balans məlumatları, satış hesabatları, mənfəət və s. haqqında məlumatlar tapmaq olar. Banklar bu məlumat bazasını satın almaqla potensial müştərilərin fəaliyyətlərini təhlil edə, hər bir müştəriyə fərdi təkliflər verə bilərlər. Həm də bu hesabatların operativ xarakterli olması çox vacibdir, çünki şirkətin mövqeyi qısa müddət ərzində dəyişə bilər".

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?