15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gələn ildən sosial xidmətlər səyyar formada təqdim olunacaq

"Gələn il beynəlxalq təcrübədən çıxış edərək sosial xidmətlərin səyyar formada göstərilməsini təkmilləşdirilmək və yeni modelin tətbiqinə başlamaq istəyirik". Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. Onun sözlərinə görə, Azərbaycanın əksər bölgələrində müxtəlif sosial layihələr həyata keçirilir: "Onlara təxminən 1500 şəxs cəlb olunub. İl ərzində 10 mindən çox vətəndaşa sosial sifariş vasitəsilə xidmət göstərilir. Dekabrın 2-də ölkə başçısı sosial infrastrukturun təkmilləşdirilməsi üçün əlavə vəsait ayırıb. Bu bizə bir daha imkan verəcək ki, sosial layihələrin əhatə dairəsini daha da genişləndirək. Eyni zamanda sosial infrastrukturu da gücləndirək".

Nazir müavini qeyd edib ki, sosial müəssisələr vasitəsilə il ərzində təxminən 15 min vətəndaşa stasionar xidmət göstərilir: "Eyni zamanda sosial müəssisələrdə 1.000-dən artıq sağlamlıq imkanları məhdud və ahıl vətəndaş var. Düşünürük ki, bir çox xidmətlərimiz özündə səyyar xidmətləri ehtiva edir. Bu il sosial müavinətlərin məbləğində ciddi dəyişikliklər oldu. Bu ilin əvvəlində 14 növ müavinət, 7 növ prezident təqaüdü artırıldı. Əgər bu günə qədər bunun maliyyə yükü 400 milyon manata yaxın idisə, növbəti ildən bunun maliyyə yükü iki dəfə artırılaraq 800 milyon manata çatdırılacaq. Prezident İlham Əliyev əhalinin sosial rifahının yüksəldilməsi üçün sosial paketlərin nəzərdən keçirilməsi ilə bağlı tapşırıq verib. Buna uyğun olaraq mütəmadi tədbirlər həyata keçirilir".

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?