3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə fındıq ixrac edəcək

Yanvarda Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 200 min dollarlıq fındıq ixrac edəcək. İqtisadiyyat Nazirliyindən bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə təşkil olunmuş ixrac missiyası başa çatıb. Missiyada qida sənayesi, turizm və tikinti materialları istehsalı sahəsində fəaliyyət göstərən 24 Azərbaycan şirkəti iştirak edib.

Azərbaycan sahibkarları xarici tərəfdaşları ilə müzakirələr aparıb və məhsul ixracına dair razılıq əldə ediblər. Belə ki, Azərbaycanın "Azhazelnut" və BƏƏ-nin distribüter şirkətləri 200 min ABŞ dolları dəyərində fındıq məhsulunun yanvar ayında ixracına dair ilkin razılığa gəliblər.

"AzərsunHoldinq" və "Gilan FMCG" şirkətləri BƏƏ-dən olan şirkətlər, həmçinin iri market şəbəkələri ilə məhsul ixracı, "İdea" şirkəti isə Əbu-Dabi şəhərində fəaliyyət göstərən şirkətlə məhsulların sərgi salonunun (showroom) açılması barədə ilkin razılıq əldə ediblər.

İxrac missiyası çərçivəsində "Ecodry", "AHEC", "Az-Granata", "Brightman BMC", "BakuKonserv", "Salam Travel", "Novus E.R.A." və digər Azərbaycan sahibkarları BƏƏ şirkətləri ilə keçirilmiş işgüzar görüşlərdə məhsul və xidmətlərin ixracına dair müzakirələr aparıblar.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması