5 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakı Hesabat Mərkəzi bir yaşını qeyd edib

Bakı Hesabat Mərkəzi bir yaşını qeyd edib

Dekabr ayının 8-də Bakı Hesabat Mərkəzinin (BHM) yaradılmasının 1 illiyi qeyd olunub. Tədbirdə müxtəlif dövlət qurumlarının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı şirkətlərin, holdinqlərin nümayəndələri, BHM-lə əməkdaşlıq edən biznes strukturlarının rəsmiləri, mühasiblər, auditorlar və KİV nümayəndələri iştirak ediblər. Geniş təqdimatla çıxış edən Bakı Hesabat Mərkəzinin direktoru, tanınmış auditor və mühasib, "Professional mühasib" jurnalının baş redaktoru Mehdi Babayev ötən bir il ərzində görülmüş işlərə nəzər salıb, mövcud vəziyyəti qiymətləndirib və qarşıda duran hədəflər barədə danışıb. Qeyd olunub ki, Azərbaycanın davamlı iqtisadi inkişafında işini mükəmməl bilən, fəaliyyətini qanunlar çərçivəsində qurmağı bacaran və bununla da təmsil etdiyi biznes qurumunu bu inkişafın mühüm həlqəsinə çevirməyi bacaran professional mühasiblərin yeri və rolu çox əhəmiyyətlidir.

Çıxışı zamanı iqtisadi sferada fəaliyyət göstərən dövlət qurumlarının işinə, ictimaiyyətlə, biznes dairələri ilə münasibətlərinə toxunan natiq bu sahədə Vergilər Nazirliyinin müsbət mənada kəskin şəkildə fərqləndiyinə diqqət çəkib. İlk dəfə dövlət qurumları içərisində məhz Vergilər Nazirliyinin heç bir şərtsiz "ağarma" siyasəti başlatdığını və iki il ərzində bu istiqamətdə inqilabi dəyişikliklərə, gözlənildiyindən də böyük uğurlara nail olunduğunu bildirib.

M.Babayev iqtisadi sferada mövcud olan çatışmazlıqların, neqativ halların tədricən aradan qalxacağını, bu istiqamətdə maariflənmə tədbirlərinin mühüm rol oynadığını diqqətə çatdırıb. "Vergilər" qəzeti redaksiyasının onlayn məhsulu olan "vergiler.az" saytının bu sahədə çox böyük işlər gördüyünü bildirən BHM rəhbəri iqtisadçı ekspertləri, auditorları, vəkilləri, mühasibləri cəmiyyətin maarifləndirilməsi işində bu onlayn platforma ilə əməkdaşlığa dəvət edib.

Sonra mühasibatlıq, mühasibat uçotu, vergi uçotu, kargüzarlıq sahələrində kitabları dərc olunan müəlliflərə BHM adından plaketlər təqdim olunub.

Təqdimetmə mərasimindən sonra Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayevə vergi qanunvericiliyinin təbliği sahəsində gördüyü işlərə, cəmiyyətin maarifləndirilməsi istiqamətində göstərdiyi fəaliyyətə və vergi orqanları ilə səmərəli əməkdaşlığına görə Vergilər Nazirliyinin sertifikatı təqdim olunub.

Sonra tədbir bədii hissə ilə davam edib.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması