25 Sentyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda "Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması" layihəsi çərçivəsində beynəlxalq tədbir keçirilir

Bakıda "Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması" layihəsi çərçivəsində beynəlxalq seminar işə başlayıb. "APA-Economics"in məlumatına görə, açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rüfət Rüstəmzadə bildirib ki, ölkədə qida təhlükəsizliyi, heyvan sağlamlığı və bitki sağlamlığı sahəsində idarəetmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılması və səmərəliliyin aparılması üçün son illərdə ciddi institusional və qanunvericilik islahatları həyata keçirilib. Bütün bunlarla yanaşı, sanitar, fitosanitar və baytarlıq normaların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

R.Rüstəmzadənin sözlərinə görə, "Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması" layihəsi çərçivəsində təşkil olunan bu beynəlxalq seminar qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılmasına köməklik göstərməklə müasir standartlara cavab verən, rəqabətə davamlı, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyacına uyğun yüksək keyfiyyətli, təhlükəsiz qida məhsullarının istehsalına və ticarət dövriyyəsinin daha da artırılmasına öz töhfəsini verəcək.

Tədbirdə qeyri-tarif tədbirlərinin artırılması, ticarətə və davamlı inkişafa təsirlər, Ümumdünya Ticarət Təşkilatının Sanitar və Fitosanitar Nəzarət üzrə Saziş və TBT müqavilələri, qeyri-tarif tədbirləri üzrə bildiriş mexanizmləri və şəffaflığın vacibliyi, qeyri-tarif tədbirlərində özəl sektorun perspektivi, sanitar və fitosanitar prosedur maneələrinin azaldılması və tənzimləyici təcrübələr, Azərbaycanda qeyri-tarif tədbirləri üzrə məlumat toplama nəticələrinin təqdimatı, qeyri-tarif tədbirlərinin ticarətə və davamlı inkişafa təsirini təhlil etmək və qiymətləndirmək, Asiya-Sakit Okean hövzəsində ticarətin asanlaşdırılması və rəqəmsallaşdırılmasının sürətləndirilməsi, dayanıqlı ticarət üçün beynəlxalq standartlar, qeyri-tarif tədbirləri və onların beynəlxalq standartlarla əlaqəsi mövzusunda çıxışlar olacaq Mövzularla bağlı müzakirələr zamanı təcrübə mübadiləsi aparılacaq.

Qeyd edək ki, seminar dekabrın 11-dək davam edəcək.

Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ İqtisadiyyatSinqapurun “Trafigura Pte Ltd” şirkəti ilə anlaşma memorandumları imzalanıb VergiXaricdən əldə edilən gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti nə qədərdir? İqtisadiyyatSahibkar Vüqar Məmmədov: “Ölkədə sahibkarlıqla məşğul olmaq üçün hər cür şərait yaradılıb” İqtisadiyyatİqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib VergiHansı hallarda ali təhsil alan tələbələrin valideynlərinə vergi güzəşti tətbiq olunur? VergiTibbi xidmətlərə görə nağd ödənişlərin qəbul edilməsi hansı maliyyə sanksiyasına səbəb olur? Ekspert RəyiVergi ödəyicisinə arayışın təqdim edilməməsinə görə maliyyə sanksiyasının tətbiq edilməsi