19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan OPEC+ çərçivəsində öhdəliyinə 160 faiz əməl edib

Proqnoz göstəricilərinə əsasən, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda orta gündəlik neft hasilatı 764 min barel təşkil edib. Bu barədə "APA-Economics"ə Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyevə bildirib. Onun sözlərinə görə, ötən dövr ərzində Azərbaycan OPEC+ (Neft İxrac Edən Ölkələr Təşkilatına daxil olmaya ölkələr) üzrə neft hasilatının azaldılmasına dair əldə edilən razılaşmanın çərçivəsində üzərinə götürdüyü öhdəliyi 160 faiz yerinə yetirib: "Gündəlik neft hasilatının 776 min barel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi artıqlaması ilə yerinə yetirib".

Nazirliyinin nümayəndəsi onu da əlavə edib ki, yanvar-oktyabr aylarında Azərbaycanda gündəlik orta neft hasilatı 762 barel təşkil edib ki, bu da OPEC+ çərçivəsində götürülən öhdəliyin 170 faiz yerinə yetirilməsi deməkdir.

Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də OPEC+ üzrə neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı imzalanmış "Əməkdaşlıq Bəyannaməsi"nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.

Qeyd edək ki, cümə axşamı və cümə günü Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ kimi tanınan tərəfdaşları (o cümlədən Azərbaycan və Rusiya – red.) Vyanada bir araya gələcəklər. OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edib. Nazir dekabrın 6-da keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 7-ci görüşündə iştirak edəcək.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?