11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOB-lar üçün idarəetmə psixologiyasına dair təlim təşkil olunacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə KOB-ların maarifləndirilməsi məqsədilə dekabrın 10-da "Təşkilati davranış, individual davranışın əsasları və idarəetmə psixologiyası" mövzusunda təlim keçiriləcək. KOBİA-dan bildirilib ki, məqsəd sahibkar və menecerlərin qərarvermə prosesi və onun mərhələləri, idarəetmədə qərarvermə psixologiyası barədə bilik və bacarıqlarının artırılması, bu istiqamətdə məlumatlandırılmasıdır.

Təlimdə iştirak etmək istəyən startaplar, sahibkar və menecerlərdən müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu, e-mail ünvanı) agentliyin "[email protected]" e-mail ünvanına "Mövzu" yerinə təlimin adını qeyd etməklə göndərmələri xahiş olunur.

Tədbirdə iştirak ödənişsizdir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?