KOB-lar üçün idarəetmə psixologiyasına dair təlim təşkil olunacaq

2019.12.04 15:04 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə KOB-ların maarifləndirilməsi məqsədilə dekabrın 10-da "Təşkilati davranış, individual davranışın əsasları və idarəetmə psixologiyası" mövzusunda təlim keçiriləcək. KOBİA-dan bildirilib ki, məqsəd sahibkar və menecerlərin qərarvermə prosesi və onun mərhələləri, idarəetmədə qərarvermə psixologiyası barədə bilik və bacarıqlarının artırılması, bu istiqamətdə məlumatlandırılmasıdır.

Təlimdə iştirak etmək istəyən startaplar, sahibkar və menecerlərdən müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu, e-mail ünvanı) agentliyin "training@smb.gov.az" e-mail ünvanına "Mövzu" yerinə təlimin adını qeyd etməklə göndərmələri xahiş olunur.

Tədbirdə iştirak ödənişsizdir.