19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində QHT-lərlə görüş olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası birgə həyata keçirdikləri qrant müsabiqəsinə dair QHT-lərlə görüş təşkil olunub. Görüşdə hər iki qurumun nümayəndələri, eləcə də elan olunan mövzular üzrə ixtisaslaşmış QHT-lərin təmsilçiləri iştirak edib. 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi strateji yol xəritələri ilə bağlı ictimaiyyətin məlumatlandırılmasına, qeyri-neft sektoru üzrə ixracın dəstəklənməsinə, Azərbaycanda həyata keçirilən islahatların nəticəsində rəqəmsal iqtisadiyyatın genişləndirilməsinə, Azərbaycanda innovativ startapların inkişafının dəstəklənməsinə dair təşəbbüslərə dair mövzular ətrafında elan olunub. Müsabiqə çərçivəsində 10-dək layihənin maliyyələşməsi nəzərdə tutulur. İcra müddəti 2 aydan 8 ayadək nəzərdə tutulan layihələrdə müsabiqə fondu 80 min manat təşkil edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilən görüş zamanı elan olunun müsabiqə barədə QHT nümayəndələrinə ətraflı məlumat verilib, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən elektron sistemdən istifadə ilə bağlı hazırlanan məlumatlandırıcı video çarx nümayış olunub və iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

QHT-lərin nəzərinə çatdırılıb ki, layihələrin icrası zamanı "Azexport.az" portalının, "Bir pəncərə" İxraca Dəstək Mərkəzinin, Azərbaycan Rəqəmsal Ticarət Qovşağının və Enterprise Azerbaijan portalının ekspertləri də onlara müvafiq dəstək göstərəcəklər. Həmçinin QHT nümayəndələrinə izah edilib ki, strateji yol xəritələrində əksində tapan hər hansı bir strateji hədəf və ya tədbirlə bağlı da layihə icra edə bilərlər.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə keçirilən bu müsabiqədə ölkəmizdə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarını aktiv iştirakını arzulayır və onlarla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?