28 Mart 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

TANAP vasitəsilə Türkiyəyə 3,3 milyard kubmetr Azərbaycan qazı nəql edilib

Ticarət əməliyyatları çərçivəsində istifadəyə veriləndən 25 noyabr 2019-cu il tarixinədək Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Türkiyəyə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən 3,3 mlrd. kubmetr qaz nəql edilib. Bunu "APA-Economics"ə "SOCAR Turkey"in Xarici əlaqələr üzrə rəhbəri Murat LeKompte (Murat LeCompte) deyib: “Bu ilin iyun ayından 2020-ci ilin iyun ayının sonuna qədər BOTAŞ-ın sisteminə ümumilikdə 4 mlrd. kubmetr təbii qazın nəqli nəzərdə tutulur”. Onun sözlərinə görə, gələn ilin iyun ayının sonundan etibarən isə Türkiyə TANAP vasitəsi ilə ildə 6 mlrd. kubmetr təbii qaz almağa başlayacaq.

Qeyd edək ki, noyabrın 30-da Azərbaycan qazının Avropa bazarına nəql edəcək Cənubi Qaz Dəhlizinin (CQD) yaradılması çərçivəsində CQD-nin mərkəzi elementi olan Trans-Anadolu qaz kəmərinin (TANAP) ikinci hissəsi (Faza-1) istismara veriləcək. Təntənəli mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Gürcüstanın Baş Naziri Giorgi Qaxaria, Bolqarıstanın Baş Naziri Boyko Borisov, Serbiyanın Milli Assambleyasının (parlament) sədri Maya Qoykoviç, Şimali Makedoniyanın Baş Nazirinin müavini Koço Anquşev və Yunanıstanın Ətraf Mühit və Enerji naziri Kostis Hadzidakis iştirak edəcəklər. Bundan başqa tədbirə Azərbaycan Prezidenti İlham Əliyevin də qatılacağı gözlənilir.

"Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazı əvvəlcə Türkiyəyə, sonra isə Avropaya nəql edəcək CQD ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi (Faza-0) 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilib, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə (İpsala) qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, cari ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. Hazırda TANAP Avropaya qazın nəqli üçün tam hazırlıq vəziyyətinə gətirilib. Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP, tarixə eyni zamanda Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşüb. Türkiyə-Yunanıstan sərhədində TANAP ilə birləşəcək Yunanıstan, Albaniya və İtaliyanı əhatə edən Trans-Adriatik boru kəmərində (TAP) aparılan işlər tamamlandıqdan sonra (2020-ci ildə), Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.

VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu? VergiXırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri VergiDövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları