13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

TANAP Xəzəryanı ölkələr üçün Avropaya pəncərə rolunu oynayacaq

"Azərbaycanla Türkiyə arasında həyata keçirilən TANAP (Trans Anadolu Təbii Qaz Boru Kəməri) layihəsi və bütövlükdə enerji əməkdaşlığı, ikitərəfli uğurlu münasibətlər həm region ölkələri üçün, həm də enerji sərvətlərinə malik bütün ölkələr üçün nümunə olmalıdır". Türkiyəli ekspert Ərdal Qaragöl bildirib ki, iki ölkə arasında bir sıra qarşılıqlı faydalı iqtisadi layihələr həyata keçirilir: "TANAP həm Türkiyənin enerji təhlükəsizliyinə, həm də Avropa enerji şəbəkəsinə qoşulmaqla Avropa İttifaqı ölkələrinə enerji daşıyıcılarının tədarükünü şaxələndirərək regionun enerji tarazılığına mühüm töhfə vermiş olur".

O, Türkiyənin coğrafi mövqeyinə görə Azərbaycan üçün Avropaya enerji dəhlizi rolunu yerinə yetirdiyini söyləyib: "Türkiyənin coğrafi mövqeyini nəzərə alan Azərbaycan bu ölkə ərazisindən öz enerji sərvətlərini nəql etməklə düzgün qərar verərək eyni zamanda öz enerji təhlükəsizliyini də təmin edib. Beləliklə, bu layihə sayəsində Azərbaycan region ölkələri ilə rəqabət aparmaq imkanı əldə edib. Digər tərəfdən, TAP və TANAP kimi layihələr vasitəsilə Türkiyə enerji habına çevrilmək, “enerji İpək Yolu” rolunu oynamaq məqsədinə bir addım daha yaxınlaşır".

Türkiyəli ekspertin fikrincə, TANAP kəmərinin Türkiyənin, Yaxın Şərqin, Avropanın ən uzun və ən böyük diametrə malik boru kəməri olaraq tarixə düşməsi də böyük əhəmiyyət daşıyır. Belə ki, Ərdahan vilayətinin Posof kəndindən Ədirnə vilayətinin Yunanıstan sərhədi yaxınlığındakı İpsala qəsəbəsinədək 20 şəhər, 67 qəsəbə, 600-dək kənddən keçən bu boru kəmərinin uzunluğu 1850 kilometrdir: "Çoxşaxəli və səmərəli layihə olan TANAP Türkiyə ilə Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq üçün yeni-yeni imkanlar açacaq. İki ölkə arasında əməkdaşlıq, o cümlədən enerji sahəsindəki birgə layihələr bütövlükdə region üçün faydalıdır. Bu boru kəməri Xəzər hövzəsində zəngin enerji sərvətlərinə malik başqa ölkələr üçün də Avropaya pəncərə olacaq".

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin başlıca seqmenti olan TANAP Türkiyənin Gürcüstan sərhədi yaxınlığından Yunanıstan sərhədindəki İpsala qəsəbəsi yaxınlığında Azərbaycan təbi qazını Avropaya nəql edəcək Trans Adriatik Boru Kəmərinə (TAP) birləşir. Faza -0 və Faza -1 hissələrindən ibarət olan kəmərin uizunluğu 1850 kilometrdir. O cümlədən Gürcüstan sərhədindən Əskişəhərədək olan Faza-0 hissəsinin uzunluğu 1340 kilometr, diametri 56 düyüm, Faza 1-in uzunluğu 476 kilometr, diametri 48 düyümdür. 2018-ci ilin 18 iyun tarixində Faza-0 hissəsinin rəsmi açılış mərasimi keçirilib, iyunun 30-dan isə Azərbaycan qazının Türkiyəyə kommersiya tədarükünə başlanılıb.

TANAP-ın ümumi ötürücülük gücü 16 milyard kubmetrdir. TANAP-la Türkiyəyə ildə 6 kubmetr, Avropaya 10 mlrd. kubmetr qaz nəql olunacaq.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?