20 Aprel 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gələn il Azərbaycanda Ani Ödəniş Sistemi istifadəyə veriləcək

Azərbaycan Mərkəzi Bankının (AMB) Ani Ödəniş Sistemi 2020-ci ilin ortalarında istifadəyə veriləcək. "APA-Economics"in məlumatına görə, bunu KİV nümayəndələri üçün keçirilən maarifləndirici treninqdə çıxış edən AMB-nin Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı şöbəsinin rəisi Ramil Mahmudov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə görüləcək işlər çərçivəsində həm qanunvericilik, həm də ödəniş sistemlərinin texniki arxitekturası yenilənməlidir: "Bildiyiniz kimi, ölkədə yeni nəsil kassa aparatları tətbiq olunmasına artıq start verilib. Bu, çox təqdirəlayiq və innovativ layihədir. Bu layihə ilə ani ödənişlər layihələrinin əlaqələndirilməsi ilə bağlı Vergilər Nazirliyi ilə görüşlərimiz keçirilib. Yeni nəsil kassa aparatları üzərindən Ani Ödəniş Sistemi vasitəsilə ödənişlərin qəbul olunması gündəmdədir. Gələcəkdə mağazalarda bir qurğu üzərindən həm ödəniş terminalı olacaq, həm də kassa aparatı. Bu aparatlarda kart və mobil telefonla ödənişlər aparmaq mümkün olacaq".

Vergiİşçilərin yemək xərcləri üçün ödənilən ƏDV məbləği əvəzləşdirilirmi? VergiTəlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi? VergiDaimi iş vaxtı yolda keçən işçilərə ödənilən əlavə vəsaitlər vergiyə cəlb olunurmu? VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu? VergiXırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri VergiDövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri