19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda yerli istehsalın inkişafı daxili bazarın xarici məhsullardan asılılığını azaldıb

2019-cu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 351 milyon 390 min 800 ABŞ dolları təşkil edib. Bu barədə "Report" Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Bildirilir ki, xarici ticarət dövriyyəsinin 307 milyon 559 min 300 ABŞ dollarını ixrac, 43 milyon 831 min 500 dollarını idxal təşkil edib və 263 milyon 727 min 800 ABŞ dolları dəyərində müsbət saldo yaranıb. Bu isə yerli istehsalın inkişafı və nəticədə, daxili bazarın xarici məhsullardan asılılığının azalması deməkdir.

Naxçıvan mənşəli məhsul və xidmətlərin xarici bazarlarda təşviqi məqsədilə beynəlxalq tədbirlərdə muxtar respublika ixracatçılarının iştirakının təmin edilməsi və ixrac üçün potensial və perspektivli sayılan dövlətlərdə müvafiq sərgilərin, forumların təşkili və digər təşviqat tədbirlərinin gücləndirilməsi əsas prioritetlərdəndir. Bu məqsədlə cari ilin ötən dövrü ərzində Almaniya, İran, Belarus, Rusiya, Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, Xorvatiya, Polşa, Çexiya, Avstriya, Fransa, Türkiyə, Koreya Respublikası kimi ölkələrin nümayəndələri ilə keçirilən 25 beynəlxalq tədbirdə muxtar respublikadan 101 sahibkarlıq subyekti iştirak edib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?