8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qida zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi mövzusunda təlim keçiriləcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi və "Food Cert MMC"-nin birgə təşkilatçılığı ilə "Qida zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi" mövzusunda təlim keçiriləcək. Sahibkarlar üçün nəzərdə tutulan maarifləndirici təlim "Food Cert MMC"-nin nümayəndəsi tərəfindən aparılacaq. Bir Pəncərə İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirir ki, Qida təhlükəsizliyinin idarəetmə sistemi qida məhsullarının istehsalından tutmuş istehlakçıya çatan mərhələləri əhatə etməlidir. "Təlim zamanı HAACP, BRC, ISO 22000:2018 kimi qida təhlükəsizliyi idarəetmə sistemində ən çox tətbiq olunan beynəlxalq standartların tətbiqi qaydaları, tətbiqin üstünlükləri, ixrac prosesində inteqrasiyasi barədə geniş məlumat veriləcək. Həmçinin Avropa Birliyində ixrac tələbləri, sertifikatlaşdırma, qablaşdırma və etikietlənməyə aid tələblər, bu sahədə innovasiyalar müzakirə olunacaq".

Qeyd edək ki, əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına tələbatının davamlı təmin edilməsi, istehlakçıların sağlamlığının qorunması, o cümlədən qida sahəsində fəaliyyət göstərən sahibkarların istehsal və idxal-ixrac həcminin artırılması istiqamətində beynəlxalq standartların tətbiqi zəruri xarakter daşıyır.

Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramının strateji baxış və məqsədlərini əsas tutaraq , "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi mütəmadi olaraq sahibkarları bu istiqamətlər üzrə maarifləndirməyi planlaşdırır.

Beləliklə, ölkəmizdə qida təhlükəsizliyi sahəsində aparılan islahatlar nəticəsində bu sahəyə aid norma və qaydaların mövcud beynəlxalq tələblərə uyğunlaşdırılmasını nəzərə alaraq, sahibkar və ixracatçıları "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən həyata keçirilən tədbirə dəvət edirik.

"Qida zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi" mövzusunda təlim 5 dekabr 2019-cu il, saat 10:00-da İİTKM-ın inzibati binasında (Ünvan: Bakı ş, Yasamal r, L.Landau küçəsi 16) təşkil olunacaq.

Tədbirdə iştirak etmək istəyən şəxslər təqdim olunan link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər:

http://iqtisadiislahat.org/frontend/web/registration/

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?