4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

DSMF-nin gəlirlərinin əsas hissəsi özəl sektor hesabına formalaşacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2020-ci il üçün büdcəsinin gəlir və xərcləri açıqlanıb. Fondun gəlirləri gələn il 4 milyard 825,51 milyon manat proqnozlaşdırılır. Bu, 2019-ci ilin dürüstləşmiş proqnozuna nisbətən 697,41 milyon manat və ya 16,89 faiz çoxdur.

DSMF-nin 2020-ci il üçün gəlirlərinin 70,31 faizinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların hesabına təmin edilməsi gözlənilir. Sığorta haqları hesabına fonda 3 milyard 392,60 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılıb. Bu isə 2019-cu ilin dürüstləşmiş proqnoz məbləği ilə müqayisədə 22,50 faiz və ya 623,23 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 1 milyard 238,7 milyon manatının büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödəniləcəyi gözlənilir.

2020-ci ildə həmin sahə üzrə daxilolmaların 58,51 faizinin və ya 1 milyard 985 milyon manatının isə qeyri-büdcə sektorunun payına düşəcəyi proqnoz edilib. Bu da 2019-cı ilin dürüstləşmiş proqnoz göstəricisinə nisbətən 18,52 faiz və ya 310,17 milyon manat çoxdur.

Qeyri-büdcə sektoru üzrə gəlirlər minimum əməkhaqqı artımları, "kölgə iqtisadiyyatı"nın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərin nəticəsində əmək haqlarının ödənilməsi qaydasına nəzarət, ölkə üzrə qeyri-büdcə sahəsinin inkişaf aspektləri və bu sahədə aparılan davamlı islahatların nəticələri hesablanmaqla proqnozlaşdırılıb. Büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmaların artımı isə dövlət orqanlarında qulluq keçən işçilərin əmək haqqı artımları nəzərdə tutulmaqla hesablanıb.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar isə 80 milyon manat və ya 2019-ci ilin dürüstləşmiş məbləğinə nisbətən 15,44 faiz artıq olacağı proqnozlaşdırılıb.

Bunlarla yanaşı, 2020-ci ildə dövlət büdcəsindən DSMF-yə 1 milyard 426,91 milyon manat həcmində transfert edilməsi nəzərdə tutulub. Bu, 2019-cu ilin təsdiq olunmuş dürüstləşmiş proqnozundan 74,18 milyon manat və ya 5,48 faiz çoxdur. Bu göstərici maliyyələşmə qaydası "Əmək pensiyaları haqqında" Qanunun 6.2-ci maddəsinə uyğun olaraq müəyyən edilən pensiya xərclərinin dövlət öhdəliklərinə aid hissəsinin ümumi məbləği dəqiqləşdirilənə qədər fondun büdcəsinin balanslaşdırılması məqsədilə ayrılan vəsait kimi qiymətləndirilir.

Onu da deyək ki, gələn il fondun xərclərinin 2019-cu ilə nisbətən 16,9 faiz və ya 697,4 milyon manat artması gözlənilir. Buna baxmayaraq dövlət büdcəsindən transfertin məbləği cəmi 5,48 faiz artıq olacaq. Xərclərin digər hissəsi DSMF-nin öz vəsaitləri hesabına ödəniləcək.

Fondun sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmaları isə 6 milyon manat məbləğində proqnozlaşdırılıb.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması