4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu gün Milli Məclis gələn ilin dövlət büdcəsini və Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri müzakirə edəcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə 19 məsələ daxildir. Deputatlar "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında", "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə, "Məşğulluq haqqında" qanunda dəyişiklik edilməsi barədə, "Sosial müavinətlər haqqında" qanunda dəyişiklik edilməsi barədə, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, "Məhkəmələr və hakimlər haqqında" qanunda dəyişiklik edilməsi barədə, "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanunda dəyişiklik edilməsi barədə. Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında, Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında, İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında, İnzibati Xətalar Məcəllədə dəyişiklik edilməsi haqqında, "İnzibati icraat haqqında" qanunda dəyişiklik edilməsi barədə, "Məhkəmə-Hüquq Şurası haqqında" qanunda dəyişiklik edilməsi barədə, "Lisenziyalar və icazələr haqqında" qanunda dəyişiklik edilməsi barədə və "Tibbi sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini müzakirə edəcəklər.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması