19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bank sektorunda daha bir innovativ yenilik

"Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin icrası çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları" təsdiqlənib. Bu qaydalar bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi, bank sistemində rəqəmsallaşma sahəsində innovativ həllərin daha geniş formada tətbiq edilməsi, habelə ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsi məqsədilə təsdiqlənib. Yeni prosedura əsasən rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər banka getmədən bank hesablarının məsafədən açılması imkanı əldə edir. Qeyd edək ki, Azərbaycan Estoniyadan sonra dünyada elektron rezident formalaşdıran 2-ci ölkədir və yeni qaydalar ona imkan verir ki, qeyri-rezidentlər ölkəyə gəlmədən burada biznes fəaliyyəti həyata keçirsinlər.

Bunlarla yanaşı, cari il aprelin 17-də Maliyyə Bazarlarına Nəzarət Palatası, KOBİA və Azərbaycan Banklar Assosiasiyası arasında KOB-ların inkişafına dəstək vermək məqsədilə niyyət protokolu imzalanıb. Bu əməkdaşlıq çərçivəsində bankların iştirakı ilə strateji plan hazırlanıb və bu strateji plan əsasında formalaşdırılacaq vəsaitlərin 58 faizi KOB-lara, 23 faizi mikrobiznes subyektlərinə, 19 faizi iri sahibkar subyektlərinə veriləcək.

Təbii ki, bütün bu islahatlar uzun müddətdə KOB-ların maliyyələşməsi prosesinə və ümumi dinamikanın get-gedə artmasına müsbət təsir göstərəcək.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?