19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Startaplarla bağlı beynəlxalq festivala start verilib

Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində "StartupFest 2019" beynəlxalq festivalına start verilib. Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, festival işinə "İnnoTalk" tədbiri ilə başlayıb. İnnovasiya mövzusuna həsr olunan tədbirin spikerləri "Yeni Fikir" layihəsinin rəhbəri İsa Qasımov, "Startapların əsas mexanizmləri" və "Keepface" startapının həmtəsisçisi Elşad Yusifli "Texnologiyanın inkişaf sürəti" mövzusunda çıxış ediblər.

Noyabrın 26-na qədər davam edəcək "StartupFest" çərçivəsində "Product Hunt Meetup", "Startup Grind Ganja", "Fun Baku", "DevOpsDays Baku", "Techstars Startup Weekend Baku Fintech", "World E-Commerce Eurasia 2019 Baku Forum" tədbirləri reallaşdırılacaq.

Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.

Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbirin birləşdirməsidir.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?