19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Neft-qaz sektoruna 4,2 milyard manat vəsait yönəldilib

Yanvar-oktyabr aylarında ölkənin neft-qaz sektoruna 4 milyard 270,9 milyon manat vəsait yönəldilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, 10 ayda neft-qaz sektorunda 25 milyard 302,9 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 0,3 faiz azalıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 0,2 faiz çoxalıb. Sənaye məhsulunun 70,3 faizi mədənçıxarma sektorunda istehsal olunub.

Oktyabrda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 3,7 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 4,8 faiz ucuzlaşıb.

Ötən ayın əvvəlinə iqtisadiyyatın neft-qaz sektorunda 35 min nəfər çalışıb. Yanvar-sentyabr aylarında neft-qaz sektorunda nominal əməkhaqqı isə 3 min 68,9 manat təşkil edib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?