30 Aprel 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Məşğul əhalinin sayı açıqlanıb

2019-cu il noyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 milyon 196,9 min nəfər olub. Onlardan 4 milyon 945,1 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu il oktyabrın 1-nə ölkədə muzdla işləyənlərin sayı 1 milyon 639,1 min nəfər olub. Onlardan 909,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,6 min nəfəri isə özəl sektorda çalışıb. İqtisadiyyatın neft-qaz sektorunda 35 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 604,1 min nəfər işləyib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,6 faizi tikintidə, 7,5 faizi emal sənayesində, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,1 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

2019-cu il noyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 78 min 711 nəfərə çatıb. Onların 36,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 286,5 manat olub.

İşsiz şəxslərin sayı, nəfər

onlardan

işsizlikdən sığorta ödənişi alanlar

Ölkə üzrə – cəmi

78.711

577

Bakı şəhəri

30.501

356

Abşeron iqtisadi rayonu

7.841

35

Gəncə-Qazax iqtisadi rayonu

11.541

39

Şəki-Zaqatala iqtisadi rayonu

2.335

10

Lənkəran iqtisadi rayonu

3.092

15

Quba-Xaçmaz iqtisadi rayonu

3.381

8

Aran iqtisadi rayonu

12.070

52

Yuxarı Qarabağ iqtisadi rayonu

3.944

5

Kəlbəcər-Laçın iqtisadi rayonu

1.633

53

Dağlıq Şirvan iqtisadi rayonu

2.373

4

Naxçıvan Muxtar Respublikası

-

-

VergiƏvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi? VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri Vergiİşçilərin yemək xərcləri üçün ödənilən ƏDV məbləği əvəzləşdirilirmi? VergiTəlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi? VergiDaimi iş vaxtı yolda keçən işçilərə ödənilən əlavə vəsaitlər vergiyə cəlb olunurmu? VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar