18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Magistral neft kəmərləri ilə 33 milyon tona yaxın neft nəql edilib

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 32.424,7 min ton neft nəql edilib. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, magistral neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 6,4 faiz azdır. Nəqletmənin 80,5 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Belə ki, cari ilin yanvar-oktyabr ayları ərzində bu kəmər vasitəsilə 26.106,7 min ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq dövründən 7,6 faiz azdır. Dövr ərzində BTC kəməri ilə 3 793,2 min (30,6% az) ton tranzit nefti də nəql edilib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Hazırda BTC kəməri, əsasən, Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

Azərbaycan nefti illik ötürücülük qabiliyyəti 7 milyon ton olan Bakı-Supsa kəməri, həmçinin Bakı-Novorossiysk kəməri ilə də nəql edilir.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri