19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi Məcəlləsinə təklif edilən dəyişiklik tikinti şirkətləri üçün sərfəli olacaq

Gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər. Həmin şəxslər vahid vergi rejimində (əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisi metodu) fəaliyyət göstərəcəklər.

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə görə, dəyişiklik tikinti şirkətlərinin mühasibat uçotunun nizamlanması zərurətindən irəli gəlir: "Heç kimə sirr deyil ki, tikinti şirkətlərində mühasibat uçotu həmişə qaydasında olmur. Bu da son nəticədə vergi ödənişlərindən yayınmalara, mühasibat hesabatının düzgün aparılmamasına gətirib çıxarır. Mən bir neçə dəfə tikinti şirkətləri ilə söhbət etmişəm, hələ onların heç birində görməmişəm ki, tikintinin 1 kvadratmetrinin maya dəyərini dəqiq smeta ilə çıxarsınlar. Çünki onlarda mühasibat hesabatı dağınıq, pərakəndə aparılır".

Nüsrət İbrahimov hesab edir ki, Vergi Məcəlləsinə təklif olunan dəyişiklik tikinti şirkətlərinin mühasibat hesabatının düzgün aparılmasına şərait yaradacaq. Ola bilər ki, bu, keçid dövründə şirkətlər üçün bir az çətin olsun, amma sonradan şirkətlərin özü üçün sərfəli olacaq: "Tikinti şirkətlərinin çoxu sadələşdirilmiş vergi ödəyicisi olmağı seçir. Bunun iki səbəbi var. Birincisi, burada mühasibat hesabatı çox dəqiq tələb edilmir. İkincisi, sadələşdirilmiş verginin hesabatı asandır, yəni yaşayış sahəsinin 1 kvadratmetrini 45 manata vururmaqla, qeyri-yaşayış sahəsininin isə hər kvadratmetrini 1.5 əmsalına və zona əmsalına vurmaqla hesablayırlar. Burada şirkətlər müəyyən qədər vergidən yayınmalara meyl edə bilirlər".

Hazırda maya dəyəri ilə satış qiyməti arasındakı marja kiçik olan şirkətlər daha çox ƏDV ödəyicisi olmağı seçir. Marja böyük olan şirkətlərə isə ƏDV ödəyicisi olmaq sərf eləmir, ona görə vergidən müəyyən qədər yayınmaq üçün sadələşdirilmiş vergiyə keçirlər. Vergi Məcəlləsində dəyişiklik bu proseslərin qarşısını almaq, müsahibat hesabatını sahmana salmaq üçün nəzərdə tutulub.

N.İbrahimov bildirib ki, dəyişiklik tikinti şirkətlərində maya dəyərinin düzgün hesablanmasına və bunun nəticəsində satış qiymətlərinin ucuzlaşmasına gətirib çıxaracaq.

Səbuhi TURAN

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?