9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Avropada ənənəvi elektrik enerjisinin 1 kVt/saatının maya dəyəri 35, Azərbaycanda isə 8 qəpikdir

"Bu gün ənənəvi elektrik stansiyalarına qoyulan investisiyaları tamamilə alternativ və bərpaolunan enerji mənbələrinə yönəltsək həmin effekti ala bilmərik. Üstəlik, bu, ölkədə elektrik enerjisinin qiymətinin artmasına gətirib çıxarar. Ən mühafizəkar hesablamalara görə, enerji istehsalı potensialımız pik vaxtlarda belə tələbatımızdan azı 10 faiz çoxdur. Bu da çox yaxşı göstəricidir. Yəni, Azərbaycan özünü enerji təhlükəsizliyi baxımından "güvənli sular"da hiss edə bilər. Çox etibarlı bir nöqtədəyik. Artıq liberallaşma üçün əla zəmin yaranıb. Təhlükəsizlik məsələsi həll olunduğuna görə, bu təhlükəsiz mühitdən daha çox səmərə əldə etməyə fokuslanmalıyıq.

Alternativ və bərpa olunan enerji istehsalına gəlincə isə burada problem ondan ibarətdir ki, onun qiyməti hələ də ənənəvi enerjidən yüksəkdir. O cümlədən də Azərbaycanda. Məsələn, hazırda Avropa ölkələrində ənənəvi yolla istehsal edilən 1 kVt/saat elektrik enerjisinin maya dəyəri orta hesabla 35 qəpik, Azərbaycanda isə 8 qəpikdir. Ölkəmizdə alternativ enerjinin maya dəyəri isə 10-12 qəpikdir. Bu fərqlə enerjini əhaliyə transfer etsək sosial çətinliklər ortaya çıxa bilər. Əhalinin artıq pul ödəməməsi üçün dövlət bu sahəyə subsidiyalar verməlidir". Bu fikirləri mətbuata açıqlamasında Energetika nazirinin müavini Elnur Soltanov səsləndirib.

Nazir müavini ayrılan subsidiyaların alternativ enerjiyə yönəldilməsi imkanlarına da münasibət bildirib: "Deyilə bilər ki, subsidiyanı ənənəvi sektora yox, məhz bərpaolunan sektora yönləndirək. Amma mənə elə gəlir, bu sahədə çox ciddi addımlar atılmaqdadır. Bilirsiniz ki, nazirliyimiz artıq 10-a yaxın təşkilatla anlaşma memorandumu imzalayıb və danışıqlar gedir. Qiymətləri də kifayət qədər optimal səviyyəyə endirməyi bacarmışıq. Bu sahədə də işlər gedir. Mən deməzdim ki, bizim ənənəvi enerji sahəsində atdığımız addımlar bərpaolunan enerji sahəsində atdığımız addımları əngəlləyir. İşlər bütün sürəti ilə davam edir. Müəyyən məsələlər var, onların da başında qiymət məsələsi dayanır. Yeni mənbədən elektrik enerjisini almaq asandır, amma əsas məsələ həmin fərqi kim ödəyəcək. Əlbəttə ki, dövlətə də yeni subsidiyaların yüklənməsi istənilməzdir. Həmçinin əhali üçün də məqbul bir hal olmaz. Biz Azərbaycana töhfə verərkən qiymət artımı onun tərkib hissəsi olmamalıdır. Yəni yaranan məsələlər bundan ibarətdir".

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?