19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xidməti müqavilə ilə işləyənlər bədbəxt hadisələrdən sığortalanacaq

Mükli-hüquqi (xidməti) müqavilə üzrə işləyən şəxslərin reyestrinin hazırlanmasına başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, həmin məlumat bazası İcbari Sığorta Bürosu (İSB) ilə mübadilə ediləcək. Məqsəd əmək müqavilələri əsasında işləyən şəxslər kimi, mülki hüquqi müqavilələrlə işləyən vətəndaşların icbari sığortaya cəlb edilməsidir. Nəticədə xidməti müqavilə əsasında işləyən şəxslərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sistemi ilə əhatə olunması təmin ediləcək.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli nazirlikdə Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, "PAŞA Həyat Sığorta", "Atəşgah Həyat Sığorta", "Qala Həyat Sığorta" və "Xalq Həyat" ASC-lərin nümayəndələri ilə keçirilən növbəti görüşdə bildirib. Müşavir istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın əhəmiyyətini qeyd edib, bu sahədə nazirliklə İSB arasında fəal əməkdaşlığın mövcud olduğunu vurğulayıb. O, aidiyyəti məlumatların elektron sistem üzərindən İSB ilə mübadiləsinin həyata keçirildiyini deyib. Məşğul şəxslərin reyestri formalaşdıqdan sonra həmin reyestrin də sığorta şirkətləri ilə mübadilə ediləcəyini, bununla da sığorta sistemi ilə əhatə olunan şəxslərin dairəsinin əhəmiyyətli dərəcədə genişlənəcəyini qeyd edib.

Görüşdə İSB ilə məlumat mübadiləsi prosesində, ümumən əməkdaşlıq müstəvisində qarşıya çıxan məsələlərin həlli ilə bağlı işçi qrupun yaradılmasına dair yekdil fikir ifadə olunub. Ümumilikdə, icbari sığortaya cəlb edilmənin dairəsinin daha da genişləndirilməsi, elektron texnologiyaların tətbiqi şəraitində bu sahədə nəzarət sisteminin təkmilləşdirilməsi, işçilərin icbari sığortaya cəlbinin vacibliyi və əhəmiyyəti barədə işəgötürənlərin ətraflı məlumatlandırılması və s. məsələlər müzakirə olunub.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?