25 Aprel 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İdxal olunan qida məhsullarına elektron nəzarət sistemi yaradılıb

Qida təhlükəsizliyi üzrə vahid elektron informasiya sisteminin yaradılması, bu sahədə elektron xidmətlərin təşkili və həmin xidmətlərin elektron hökumət portalına inteqrasiyası ilə bağlı işlər davam etdirilir. Artıq ölkəmizə qida məhsullarının idxalı ilə əlaqədar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) idxal-ixraca nəzarət modulunun alt modullarından biri olan idxal modulunun ilkin versiyası hazırlanıb. Modul pilot layihə kimi noyabrın 4-dən Xaçmaz rayonunda istifadəyə verilib.

Sahibkarlar https://e-afsa.gov.az portalında elektron imza və ya "Asan imza" ilə şəxsi kabinetlərinə daxil olaraq onlayn şəkildə müraciət edə bilərlər. Müraciət əsasında əldə olunacaq sertifikatın ödənişləri də onlayn şəkildə həyata keçirilə bilər ki, bu zaman sahibkarlar şəxsi kabinetlərindən və "Hökumət Ödəniş Portalı"ndan istifadə etməklə ödəniş edə bilərlər.

Bununla yanaşı, hazırda AQTİS ilə Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) arasında məlumat mübadiləsinin aparılması istiqamətində işlər gedir. Ölkəyə idxal olunan yeyinti məhsullarının dövlət sərhəd-keçid məntəqələrindən keçməsi və gömrük rəsmiləşdirilməsinin bitməsi barədə məlumat real vaxt rejimində VAİS sistemi vasitəsilə AQTİS-ə ötürüləcək oradan isə zəruri məlumatlar Dövlət Gömrük Komitəsinə göndəriləcək. Bu, sahibkarlıq subyektlərinin işini xeyli asanlaşdıracaq və əlavə vaxt itkisini aradan qaldıracaq.

Yeni sistemin ilin sonunadək respublika üzrə tam tətbiqi nəzərdə tutulub.

VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri Vergiİşçilərin yemək xərcləri üçün ödənilən ƏDV məbləği əvəzləşdirilirmi? VergiTəlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi? VergiDaimi iş vaxtı yolda keçən işçilərə ödənilən əlavə vəsaitlər vergiyə cəlb olunurmu? VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir?