19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın turizm potensialı Avropada təbliğ olunur

Noyabrın 12-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin turizm potensialının təqdimatı keçirilib. Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycanın Vyanadakı səfirliyi və Avstriya Parlamentinin təşkilatçılıq etdiyi tədbirə həmçinin Avstriyanın müxtəlif nazirliklərinin və aparıcı turizm şirkətlərinin nümayəndələri də qatılıblar. Tədbir çərçivəsində Azərbaycanın turizm potensialını əks etdirən təqdimatlar keçirilib.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova, Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış ediblər.

Mərkəzin rəhbəri Leyla Qasımova Azərbaycan və Avstriya arasındakı mədəni əlaqələrdən danışaraq, mərkəzin bu əlaqələrin güclənməsinə öz töhfəsini verdiyini qeyd edib. Azərbaycanın turizm potensialı haqda geniş məlumat verən Florian Zenqstşmid isə Avropa bazarının, eləcə də Avstriyanın Azərbaycan üçün turistik önəmindən danışaraq iki ölkə arasında bu sahədə əlaqələrin daha da güclənəcəyinə ümid etdiyini bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkələr arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinə diqqət çəkib.

Avstriyanı təmsil edən nazirlik nümayəndələri isə çıxışlarında qarşılıqlı münasibətlərin daha da yaxşılaşdırılmasında maraqlı olduqlarını vurğulayıblar. Cari ilin yanvar-oktyabr dövründə Azərbaycana səfər edən avstriyalı turistlərin sayı 2988 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 17,6 faiz artım deməkdir.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?