1 May 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan neft hasilatını azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib

Respublikada oktyabr ayı üzrə sutkalıq neft hasilatı 718 min barel olub. Bunun 644 min barrelini xam neft, 74 min barelini kondensat təşkil edib. Gündəlik 569 min barrel xam neft, 76 min barel kondensat, 9,5 min barel isə neft məhsulları ixrac olunub. Energetika Nazirliyindən bildirilib ki, sutkalıq neft hasilatının 776 min barel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Cari ilin yanvar–oktyabr aylarında orta gündəlik neft hasilatı 762 min barrel təşkil edib.

Energetika Nazirliyi oktyabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Xatırladaq ki, ötən il dekabrın 7-də "OPEC plus" üzrə neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı imzalanmış "Əməkdaşlıq Bəyannaməsi"nin müddəti bu ilin iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.

VergiƏvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi? VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri Vergiİşçilərin yemək xərcləri üçün ödənilən ƏDV məbləği əvəzləşdirilirmi? VergiTəlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi? VergiDaimi iş vaxtı yolda keçən işçilərə ödənilən əlavə vəsaitlər vergiyə cəlb olunurmu? VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar