9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan turizm sektoru sürətlə böyüyən ölkəyə çevrilir

Azərbaycana daha çox turistin cəlb olunması üçün Çinin müvafiq dövlət qurumları və şirkətlər ilə fəal iş aparılır. Bu barədə Şanxayda keçirilmiş 2-ci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində Azərbaycanın turizm potensialının təqdimatı zamanı bildirilib. Sərginin paralel forumlarından olan 2-ci Çin sərgi sənayesi ticarəti beynəlxalq forumunda çıxış edən Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, son illər ölkəmizdə turizm sənayesində böyük inkişaf müşahidə olunur. Hökumətin bu sahənin inkişafı ilə bağlı strateji planına uyğun olaraq görülmüş işlər nəticəsində Azərbaycanda turizmin müxtəlif növləri üzrə ən müasir standartlara uyğun infrastruktur yaradılır. Gözəl təbiəti, rəngarəng iqlimi, tarixi və müasir memarlıq nümunələri, təbii müalicəvi yerləri, zəngin və dadlı mətbəxi ilə Azərbaycan turizm sektoru sürətlə böyüyən ölkəyə çevrilir.

F.Nağıyev qeyd edib ki, Azərbaycan Çin ilə digər sahələrdə olduğu kimi turizm üzrə də əməkdaşlığın inkişafına böyük önəm verir. Ölkəmizə daha çox Çin turistlərinin cəlb olunması məqsədilə ötən ilin dekabrından etibarən Çində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyətə başlayıb. Cari ilin martında isə Çinin Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Turizm Agentliyi arasında çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Hazırda Bakı ilə Çinin Pekin və Urumçi şəhərləri arasında birbaşa hava əlaqəsinin mövcudluğu, Çin vətəndaşları üçün 2016-cı ilin fevralından etibarən sadələşdirilmiş viza rejiminin tətbiqi, habelə "ASAN Viza" sisteminin fəaliyyəti çinli turistlərin Azərbaycana səfər imkanlarını genişləndirib. Bundan başqa, Çinin müxtəlif şəhərlərində Azərbaycanın turizm imkanlarının təqdimatları keçirilib, ölkənin tanınmış onlayn səyahət platformaları - 300 milyondan çox istifadəçiyə xidmət göstərən "Trip.com" və 100 milyondan çox istifadəçisi olan "Qyer.com" ilə əməkdaşlıq aparılır. Bunların nəticəsidir ki, ölkəmizə səfər edən çinlilərin sayında ciddi artım müşahidə olunur. Cari ilin 10 ayı ərzində Azərbaycana səfər edən çinli turistlərin sayında 64 faiz artım müşahidə olunub.

Forumda Azərbaycanın turizm brendi "Azerbaijan: Take Another Look" ("Azərbaycan: Bir daha bax") filmi nümayiş olunub.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?