26 Mart 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni barama emalı məntəqəsi yaradılacaq

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin (ASK) baş direktoru Kamran Nəbizadə bildirib ki, 2019-cu ildə 38 rayonda ümumilikdə 641 ton yaş barama istehsal edilib. Həmin məhsul "Azəripək" MMC-də qəbul olunub, baramanın ilkin emalı prosesi həyata keçirilib, qurudularaq anbarlara yığılıb.

Baş direktorun sözlərinə görə, "Azəripək" MMC bu il barama istehsalı ilə məşğul olan kümçülərin hesablarına ümumilikdə 2 milyon 500 min manatdan artıq vəsait köçürüb: "Bu ilin proqnozuna uyğun olaraq, yaş baramanın qəbulu və emalı üçün "Azərbaycan Sənaye Korporasiyası" ASC hələ keçən ilin sonlarından müvafiq infrastrukturun yaradılmasına başlayıb: mövcud baramaboğan avadanlıqları əsaslı təmir edilib, iki ədəd yeni baramaboğan avadanlığı, bir ədəd 10 tonluq buxar qazanı alınıb və müəssisədə quraşdırılaraq istifadəyə verilib".

Növbəti illərdə istehsal olunacaq yaş baramanın həcminin artırılacağını deyən K.Nəbizadə Şəkidə 1,6 hektar torpaq sahəsində yeni barama tədarükü və emalı məntəqəsinin yaradılacağını bildirib. Bu məqsədlə artıq texniki-iqtisadi əsaslandırma və layihələndirmə sənədləri hazırlanıb.

VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu? VergiXırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri VergiDövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları