19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əməkhaqqı fondunda mütəmadi artım göstəricisi sentyabrda 29,6, oktyabrda isə 34,2 faizə yüksəlib

Azərbaycanda əmək haqlarında ciddi artımların edilməsi, məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında davamlı inkişaf və əməyin leqallaşdırılması sahəsində kompleks tədbirlər əməkhaqqı fondunun da ciddi şəkildə artımı ilə nəticələnir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, 2019-cu ilin ötən aylarında bu istiqamətdə mütəmadi olaraq hər ay üzrə artım dinamikası qeydə alınıb. Xüsusilə də artım aydan-aya daha yüksək faizlə özünü göstərib.

Belə ki, əməkhaqqı fondunda bu ilin yanvarında artım göstəricisi 3,7 faiz, fevralda bundan iki dəfə çox - 7,4 faiz olub. Martda 10,5 faiz, apreldə 14,5 faiz, mayda 17,6 faiz, iyunda 18,8 faiz, iyulda 19,8, avqustda 21 faiz artım baş verib.

Son aylarda isə həmin artım göstəricisi daha da yüksəlib: sentyabrda əməkhaqqı fondunda artım 29,6 faiz, oktyabrda isə 34,2 faiz olub.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?