14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2020-ci ilin dövlət büdcəsi də sosialyönümlüdür

Ölkənin əsas maliyyə sənədi olan 2020-ci ilin dövlət büdcəsi Azərbaycanın ən iri həcmli büdcə layihəsi kimi tarixə düşüb. Gələn ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat, xərcləri isə 26 milyard 913 milyon manat olacaq. Büdcə gəlirlərinin tərkibində neft gəlirləri 56 faiz və ya 13 milyard 500 miylon manat, qeyri-neft gəlirləri 44 faiz və ya 10 milyard 600 milyon manat nəzərdə tutulur. Növbəti ildə Dövlət Neft Fondundan Dövlət Büdcəsinə 11 milyard 350 milyon manat transfer nəzərdə tutulur.

İqtisadçı Elçin Süleymanovun 2020-ci ilin dövlət büdcəsinin investisiya tutumlu və sosialyönümlü olduğunu vurğulayaraq qeyd edib ki, gələn ilin dövlət büdcəsi layihəsində sosial xərclər bu ilə nisbətən 8 faizdən çoxdur: "2020-ci ilin dövlət büdcəsinin xərclərində 3 milyard manata yaxın artım var ki, bunun da əhəmiyyətli hissəsi sosial istiqamətdə olan xərclərdir. Bundan başqa, dövlət inzibatçılığı, infrastruktur, tikinti xərclərinin azaldılması, sosial xərclərin isə artırılması büdcənin effektivliyinə xidmət efir.

Ümumilikdə büdcənin 40 faizi sosialyönümlüdür və burda təhsilə, elmə, səhiyyəyə ayrılan vəsaitlərdə ciddi artım var. Büdcə xərclərinin böyük hissəsi səhiyyə xərclərinə ayrılıb. Səhiyyə xərcləri 2019-cu ilə nisbətən 31 faiz artaraq 1 milyard 400 milyon manat təşkil edir. Gələn ildən icbari tibbi sığortanın tətbiqinə başlanacaq ki, bu da əhalinin tibbi xidmətlərə əlçatanlığının daha da yaxşılaşacağını söyləməyə əsas verir".

2020-ci il üçün dövlət büdcəsindən təhsil xərclərinə ayrılan vəsait 2019-cu ilə nisbətən 38,3 faiz çoxdur. Elçin Süleymanovun sözlərinə görə, büdcənin elm-təhsilə ayrılan hissəsinin ÜDM-in 4 faizinə yaxınlaşması sevindirici haldır. Çünki inkişaf etmiş ölkələrdə bu göstərici 6-7 faizə çatır. Bizdə bir neçə il əvvəl bu sahə üzrə xərclər cəmi 2 faiz təşkil edirdi: "Sosial ödənişlərin, təqaüdlərin artırılması, dövlət sifarişi ilə təhsil alanların sayının çoxalması, güzəştli kateqoriyada olan vətəndaşların təhsil, səhiyyə xərclərinin, müavinətlərinin artırılması - bütün bunlar 2020-ci ilin dövlət büdcəsininin sosialyönümlü olduğunu əyani göstərir".

Səbuhi TURAN

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?