19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

TANAP-la Türkiyəyə nəql edilən qazın həcmi 3 milyard kubmetri ötüb

Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Türkiyəyə ötürülən təbii qazın həcmi 3 mlrd. kubmetri ötüb. APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu "Anadolu" agentliyinə müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol deyib. O bildirib ki, Türkiyə 2020-ci il iyun aynın sonlarından etibarən illik 6 mlrd. kubmetr həcmində təbii qaz almağa başlayacaq. Türkiyəyə oktyabr ayının sonuna qədər 3,08 mlrd. kubmetr həcmində təbii qaz çatdırdıq. Türkiyə 2020-ci ilin iyun ayının sonlarından etibarən illik 6 mlrd. kubmetr həcmində təbii qaz almağa başlayacaq.

TANAP-ın Cənub Qaz Dəhlizi layihəsinin ən önəmli hissəsi olduğunu deyən S. Düzyol bildirib ki, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin tamamlanması üçün bir az vaxta ehtiyac var. O, Avropaya kommersiya qazının gələn ilin axırıncı rübündə başlaya biləcəyini qeyd edib: "TANAP vasitəsilə nəql etdiyimiz qaz Türkiyənin hazırda mövcud təbii qaz tədarükçüsü ölkələrdən idxal etdiyi ən ucuz qazdır. Ümid edirik, önümüzdəki ildə Azərbaycan Avropanın yeni qaz tədarükçüsünə çevriləcək".

Qeyd edək ki, "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazını əvvəlcə Türkiyəyə, sonra da Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilmiş, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, cari ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. Bu il iyulun 1-dən Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP, tarixə eyni zamanda Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşüb. Türkiyə-Yunanıstan sərhədində TANAP ilə birləşəcək TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra (2020-ci ildə), Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.

Xatırladaq ki, 1.850 km uzunluğa malik olacaq TANAP-ın ildə 16 mlrd. kubmetr təbii qaz nəql edəcək. Bunun 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya veriləcək.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?