1 May 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rusiya İxrac Mərkəzi Azərbaycanla əməkdaşlıq çərçivəsində 8 layihəyə maliyyə dəstəyi verib

2019-cu ilin birinci yarısında Rusiya İxrac Mərkəzi (RİM) ASC vasitəsilə Azərbaycan Respublikasına dəstəklənən ixracatın həcmi təxminən 200 milyon ABŞ dolları təşkil edib və bu istiqamətdə artan dinamika müşahidə olunur. Bu barədə "Report"a RİM-in Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Bildirilib ki, 2018-ci ildə RİM tərəfindən dəstəklənən ümumi ixrac həcmi 283 milyon ABŞ dolları olub. Məlumata görə, bu ilin altı ayı ərzində RİM tərəfindən Azərbaycanla əməkdaşlıq çərçivəsində ümumi dəyəri 146 milyon dollardan çox olan 8 layihəyə maliyyə (kredit-zəmanət və sığorta) dəstəyi verilib. Kredit-zəmanət əməkdaşlığı çərçivəsində 7,4 milyon dollar məbləğində oaln 3 layihəyə dəstək verilib. Qeyri-maliyyə dəstəyi verilməsi çərçivəsində tədqiqat, ixrac tədarükünün dəstəklənməsi, tərəfdaş tapılması, sərbəst satış sertifikatı verilməsi üzrə 193 xidmət göstərilib.

Nümayəndəlikdən bildiriblər ki, 2019-cu ilin ilk 6 ayı ərzində RİM tərəfdən aşağıdakı sahələrin və əmtəə kateqoriyalarının məhsullarının tədarükü çərçivəsində dəstək verilib: aqrar-sənaye kompleksi (hazır ərzaq, taxıl və üyütmə məhsulları, yağ və yağ məhsulları, meyvə-tərəvəz məhsulları), yüngül sənaye (digər sənaye malları, toxuculuq materialları və məhsulları), meşə sənayesi kompleksi (ağac emalı, sellüloza, kağız, karton), maşınqayırma (avtomobil, dəmir yolu texnikası, cihazlar, digər növ maşın və avadanlıqlar, telekommunikasiya avadanlıqları, elektronika, enerji, güc və elektrik avadanlıqları), metallurgiya sənayesi (metal məhsulları, qara metallar), əczaçılıq və kosmetika sənayesi (hazır kimyəvi məhsullar), kimya sənayesi (hazır kimyəvi məhsullar, plastik mallar, kimyəvi maddələr və materiallar). Həmçinin mebel, şüşə, keramika, daş məmulatları ixrac edilib.

Bundan əlavə, 2019-cu ildə Rusiyanın Azərbaycana ixracatına dəstək olaraq RİM tərəfindən Rusiya müəssisələrinin bir sıra işgüzar missiyaları təşkil edilib. O cümlədən "Caspian Oil&Gas" və "World Food Azerbaijan" kimi beynəlxalq sərgilərdə şirkətlərin iştirakı, sənaye müəssisələrinin işgüzar missiyaların səfərləri təşkil edilib. Noyabr ayında Rusiya təhsil avadanlıqları istehsalçılarının işgüzar missiyası nəzərdə tutulub.

"Bu tədbirlərin nəticələrinə əsasən, Rusiya və Azərbaycan biznesləri arasında aktiv qarşılıqlı fəaliyyətin yeni istiqamətləri müəyyənləşdirilib. Məsələn, IT sənayesi və yeni texnologiyalar sahələri üzrə bir sıra perspektivli layihələr gündəmdədir", - RİM-in Azərbaycan nümayəndəliyindən bildiriblər.

VergiƏvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi? VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri Vergiİşçilərin yemək xərcləri üçün ödənilən ƏDV məbləği əvəzləşdirilirmi? VergiTəlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi? VergiDaimi iş vaxtı yolda keçən işçilərə ödənilən əlavə vəsaitlər vergiyə cəlb olunurmu? VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar