2 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Oktyabr ayında 1.832 kommersiya qurumu qeydiyyata alınıb

2019-cu il noyabrın 1-nə respublika üzrə 1 milyon 052 min 748 vergi ödəyicisi uçotda olub. Onların 138 min 381-i və ya 13,1 faizini hüquqi şəxs və digər təşkilatlar təşkil edib. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 15 min 182 vahid və ya 12,3 faiz artıb. Bu artımın 99,2 faizi kommersiya qurumlarının sayının artması hesabına baş verib.

Bu ilin ilk 10 ayında kommersiya qurumlarının sayı 123 min 081 vahid olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15 min 065 vahid və ya 13,9 faiz artıb. Qeyri-kommersiya qurumlarının sayı isə 0,8 faiz artaraq 15 min 300-ə çatıb.

2019-cu il noyabrın 1-nə olan məlumata görə, kommersiya hüquqi şəxslərin sayının artması əsasən məhdud məsuliyyətli cəmiyyətlərin hesabına baş verib. Bu dövrdə onların sayı 11 min 796-ya çatıb. Hazırda qeydiyyatda olan kommersiya qurumlarının 84,8 faizi məhdud məsuliyyətli cəmiyyət formasında təşkil olunub. Səhmdar cəmiyyətlərin xüsusi çəkisi isə 1,5 faizdir.

On ay ərzində 67 min 380 kommersiya qurumunun və ya ümumi kommersiya qurumlarının 54,7 faizinin vəziyyəti aktiv olub. Müqayisə edilən dövrdə aktiv kommersiya qurumlarının sayı 13.331 vahid (24,7 faiz), xüsusi çəkisi isə 4,7 faiz artıb. Kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 19 min 497 vahid təşkil edib ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 5 min 033 vahid (34,8 faiz) çoxdur. Onların xüsusi çəkisi isə 2,1 faiz artıb.

Onu da deyək ki, bu ilin oktyabr ayında Vergilər Nazirliyi 1.832 kommersiya qurumunu qeydiyyata alıb. Bu da ötən ilin oktyabr ayında qeydiyyata alınan (1.107) kommersiya qurumlarının sayından 725 vahid və ya 65,5 faiz çoxdur. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin 88,7 faizi elektron qaydada qeydiyyata alınıb.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ