14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan daha bir ölkə ilə pensiya təminatı haqqında Saziş imzalayıb

Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət naziri Biser Petkovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində Bolqarıstan nümayəndə heyəti ilə görüş olub. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Bolqarıstan arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb. Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətləri barədə məlumat verən S.Babayev ölkəmizin dinamik inkişafı, milli iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əldə olunan uğurları qeyd edib. Bu il həyata keçirilən iki sosial paketin ümumən 4,2 milyon vətəndaşı əhatə etməklə əhalinin rifahına ciddi dəstək olduğunu deyib, sosial ödənişlərin artırılması istiqamətində atılan inqilabi addımları diqqətə çatdırıb.

Bolqarıstanla əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıqdan bəhs edən nazir bu əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar olduğunu deyib. B.Petkov əmək, məşğulluq, əmək miqrasiyası, demoqrafiya, pensiya, əlilliyi olan şəxslər, uşaq və ailə, bərabər imkanlar, sosial inteqrasiya, sosial yardım və sosial xidmət sahələrində ölkəsində aparılan islahatlar barədə məlumat verib. B.Petkov qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq müstəvisinin genişləndirilməsinə, həmçinin fəal təcrübə mübadilələrinə hazır olduqlarını qeyd edib. Görüşdə əmək miqrasiyasının tənzimlənməsi sahəsində Saziş layihəsinin hazırlanması prosesindən də bəhs olunub, əməkdaşlığın gələcək istiqamətlərinə dair müzakirələr aparılıb.

Daha sonra S.Babayev və B.Petkov "Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında pensiya təminatı haqqında Saziş"i imzalayıblar.

Saziş Azərbaycan və Bolqarıstan arasında pensiya təminatı sahəsində əlaqələrin tənzimlənməsi, iki ölkə vətəndaşlarının pensiya və sosial sığorta hüquqlarının təmin olunması üçün hüquqi əsasların yaradılması məqsədinə xidmət edir. Sənəd Azərbaycan və Bolqarıstan vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə hüquqlarının tanınması və qorunması mexanizmlərini müəyyən edir. Saziş qeyd olunan istiqamətlər üzrə tərəf dövlətlərin səlahiyyətli orqanları arasında əməkdaşlığın müvafiq hüquqi çərçivədə həyata keçirilməsinə şərait yaradır.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?