18 İyun 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycana gələn xarici vətəndaşların sayı ötən illə müqayisədə 11 faiz artıb

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı təxminən 2 milyon 679 min nəfər olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz çoxdur. Bu barədə mətbuata Dövlət Turizm Agentliyinin rəsmisi Kənan Quluzadə məlumat verib. Bildirib ki, bu il ən çox artım oktyabrda qeydə alınıb. Belə ki, ötən ilin oktyabrı ilə müqayisədə bu ilin eyni ayında ölkəyə gələn turistlərin sayı 25 faiz çox olub. Azərbaycana daha çox turist Rusiya, Gürcüstan, İran, Türkiyə, Səudiyyə Ərəbistanı və MDB ölkələrindən Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistandan gəlib. Bu il Avropa ölkələrindən gələn turistlərin sayında da artım qeydə alınıb. Artım olan ölkələr sırasında Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Fransa var. Yaxın Şərq ölkələrinin bəzilərindən azalma qeydə alınıb. Lakin buna baxmayaraq, Səudiyyə Ərəbistanı və İraqdan gələn turistlərin sayı artıb.

Kənan Quluzadənin sözlərinə görə, artıq payız-qış turizm mövsümünə start verilib. Yay mövsümündə olduğu kimi yeni mövsümdə də artım tendensiyası gözlənilir. Kənan Quluzadə Azərbaycana gələn turistlərin ənənəvi olaraq Bakı-Abşeron və dörd dəhliz üzrə, yəni Bakı-Şimal, Bakı-Balakən, Bakı-Gəncə və Bakı-Cənub istiqamətlərində öz səyahətlərini quracaqlarını düşünür. Yeni turizm mövsümündə bəzi yeniliklər də gözlənilir.

O, əlavə edib ki, Azərbaycan tezliklə sərhəddə 3 milyonuncu qonağını qarşılayacaq.

VergiZərgərlik məmulatlarının nağd satışına görə cərimə nə qədərdir? VergiKarqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib? Vergiİcarəyə götürülən obyekt üçün kod almaq mümkündürmü? VergiTorpaqların icarəyə verilməsi əməliyyatı ƏDV-yə cəlb olunurmu? VergiGüzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır? VergiQeyri-rezidentlərə xalis mənfəətə görə hesablanan vergi ilə bağlı dəyişikliklər VergiBazarın sahibi icarəyə götürülən obyektin vergi orqanında uçota qoyulmasını tələb edə bilərmi? VergiƏhalidən qızıl alışına çəkilən xərclər hansı formada gəlirdən çıxıla bilər? VergiKassa metodu ilə çalışan sahibkar üçün gəlirin əldə edilməsi vaxtı necə tənzimlənir? VergiHansı halda həyatın yığım sığortası üzrə sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərqdən vergi tutulur?