13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət başçısının gənc kadrların hazırlanması ilə bağlı fikirləri universitetlər üçün böyük çağırışdır

Son müşavirədəki çıxışında Prezident İlham Əliyev gənc və perspektivli kadrların çalışdığı sahələrdə daha böyük uğurların əldə edildiyini bildirib, kadr islahatlarının aparılmasını hökumətin qarşısında vəzifə kimi qoyduğunu vurğulayıb: "Hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük".

Prezidentin gənc kadrların önə çəkilməsi ilə bağlı çağırışlarını ziyalılar, ekspertlər də müsbət qiymətləndirib. Əsasən iqtisadçı kadrların hazırlanması ilə məşğul olan Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov da bu çağırışın təhsil müəssisələri üçün önəmli olduğunu vurğulayıb: "Prezident gənc kadrların irəli çəkilməsini xüsusi vurğuladı. Bu, Azərbaycanda və dünyada kadr hazırlığının təminatı olan universitetlər üçün böyük çağırışdır. Bu gün biz iqtisadiyyatı mükəmməl bilən, müasir iqtisadi biliklərə yiyələnmiş, informasiya texnologiyalarından istifadəni, müasir dünya trend və çağırışlarını qavramış kadrlar yetişdirmək məcburiyyətindəyik".

Azərbaycan Dövlət İqtisad Universitetinin ölkədə iqtisadi kadrların hazırlanması prosesində aktiv iştirak etdiyini deyən Z.Məmmədov əlavə edib ki, müasir çağırışlara, tələblərə uyğun kadrların hazırlanması günümüzün tələbidir: "Mən inanıram ki, İqtisadiyyat Nazirliyi ilə Azərbaycan Dövlət iqtisad Universiteti arasında kadrların hazırlanması istiqamətində yaxından əməkdaşlıq olacaq. Bununla əlaqədar çox ciddi elmi-praktiki təsisatlara, yeni biliklərə əsaslanan jurnalların təsis olunması, nəzəri və praktik biliklərin bölüşülməsi istiqamətində qarşılıqlı layihələrin həyata keçirilməsi mümkündür. Hazırda Universitetdə 30-dan artıq elmi tədqiqat mərkəzləri var. Biz inanırıq ki, gələcəkdə universitetimizdə ölkəmizin iqtisadi qüdrətinin artırılmasına xidmət edən, İqtisadiyyat Nazirliyinin müvafiq tələblərinə və praktik fəaliyyətinə uyğun tədqiqatlar aparılacaq".

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?