19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Biznes kreditlərinin risk dərəcəsinin azaldılması faizləri də aşağı sala bilər

Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"na dəyişikliklər edib. Bu addım Prezident İlham Əliyevin iqtisadiyyatın real sektorunun kreditləşdirilməsinin artırılması çağırışı ilə əlaqədar atılıb. Qaydalara edilmiş əsas dəyişikliklərdən biri kiçik və orta biznes subyektlərinə və qeyri-neft sektoru üzrə ixracın maliyyələşdirilməsinə verilən kreditlərin risk dərəcələrinin azaldılmasıdır. Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquqi təminat idarəsinin rəisi Tural Feyzullayevin sözlərinə görə, bu yenilik banklara daha çox biznes krediti vermək imkanı yaratmaqla toplanmış resursların həmin sahələrə yönləndirilməsini daha maraqlı edir. Bu isə biznes subyektlərinin maliyyə əlçatanlığının artrırılması və iqtisadiyyatın diversifikassiyasına təkan verəcək.

Tural Feyzullayev qeyd edib ki, real sektora verilən kreditlərin risk dərəcəsinin azaldılması biznes kreditləri üçün təklif olunan faizlərin də aşağı düşməsinə təsir göstərə bilər: "Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətə başladığı dövrdən indiyə kimi həyata keçirdiyi siyasətin nəticəsini biz bazarda, faiz dəyişikliklərində görə bilərik. Bildiyiniz kimi, faiz dərəcələrini müəyyən etmək "Banklar haqqında" Qanuna əsasən bankla müştəri arasında müəyyən edilir. Ona görə də Palatanın buna bir başa müdaxilə imkanı yoxdur. Ancaq Palata tərəfindən həyata keçirilən bu siyasət, xüsusən Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin yaradılması, ilk dəfə özəl kredit bürosunun fəaliyyətə başlaması, danışar əmlakın yüklülüyü ilə bağlı girov mexanizminin təkmilləşdirilməsi, Mülki Məcəlləyə edilən dəyişikliklər biznes kreditlərində orta faiz dərəcəsini azaltmışdır. Son dövrlər biznes kreditlərinin faiz dərəcəsi 16 faizdən 11 faizə düşüb. İndi isə biznesə verilən kreditlərin risk dərəcələri azaldıdı. Məhz bu tipli islahatların nəticəsidir ki, biznes kreditlərinə münasibətdə faiz dərəcələri təbii olaraq azalır".

Səbuhi TURAN

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?