16 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövriyyələrin şəffaflaşması prosesi sürətlə davam edir

"Kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması, vergi uçotunun bərpası və biznes sektorunda dövriyyələrin leqallaşdırılması istiqamətində əldə olunmuş müsbət nəticələr 2019-cu ildə də ardıcıl xarakter alıb. İqtisadiyyatda və vergi sistemində şəffaflaşma proseslərinin sürətlə davam etməsi qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artmasına səbəb olub.

Cari ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunda dövriyyənin nominal artım tempi 8,9 faiz təşkil edərək, bu sektorda ÜDM-in nominal artım tempini üstələyib. Regionlar üzrə bəyan edilmiş dövriyyələrin həcmi 11,9 faiz artıb. Qeyri-neft sektorunda əlavə dəyər vergisinə cəlb olunan dövriyyələrin artım tempi 12,8 faiz, o cümlədən regionlar üzrə 27,9 faiz təşkil edib.

Qeyri-neft sektorunda dövriyyələrin ən yüksək artım tempi ticarətdə (24,2 faiz), o cümlədən pərakəndə ticarətdə (36,2 faiz) və topdansatış ticarətdə (15,8 faiz), ictimai iaşədə (21,6 faiz) və qeyri-neft istehsalı sahəsində (18,1 faiz) müşahidə olunub.

Əlavə dəyər vergisinə cəlb olunan dövriyyələrin həcmi ticarətdə 33 faiz, o cümlədən pərakəndə ticarətdə 41,5 faiz və topdansatış ticarətdə 27,6 faiz, xidmət sahəsində 14,1 faiz, o cümlədən ictimai iaşədə 19 faiz, kənd təsərrüfatında 15,8 faiz artıb.

Qeyri-neft sektorunun ümumi dövriyyəsində elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 55,2 faizdən 63,3 faizə yüksəlib, elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin həcmi isə 24,9 faiz artıb.

Cəmi dövriyyədə elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi qeyri-neft sənayesində 69,7 faizdən 84,4 faizə, ticarətdə 48,2 faizdən 55,8 faizə (o cümlədən topdansatış ticarətdə 66,2 faizdən 81,6 faizə), tikintidə (neft-qaz sektoruna xidmət edən vergi ödəyiciləri istisna olunmaqla) 83,9 faizdən 88,9 faizə, kənd təsərrüfatında 50,7 faizdən 91,8 faizə, digər fəaliyyət sahələrində isə 63,9 faizdən 83,9 faizə yüksəlib.

Elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyələrdə ən yüksək artım kənd təsərrüfatında (1,9 dəfə), ticarətdə (43,8 faiz), o cümlədən pərakəndə ticarətdə (48 faiz) və topdansatış ticarətdə (42,7 faiz), qeyri-neft istehsal sahəsində (31,1 faiz), xidmətdə (neft-qaz sektoruna xidmət edən vergi ödəyiciləri nəzərə alınmadan - 20,1 faiz), o cümlədən ictimai iaşədə (28,6 faiz), rabitədə (21,1 faiz) və digər fəaliyyət sahələrində (19,4 faiz) qeydə alınıb.

Bütün bunlar qeyri-neft sektorunda həyata keçirilən əqdlərin elektron sənədləşməsi səviyyəsinin yüksəldiyini və nəticə etibarilə dövriyyələrin vergidən yayındırılması hallarının miqyasının azaldığını göstərir. Bu proseslərin təsiri nəticəsində bank hesabları üzrə nağdlaşdırılan vəsaitlərin həcminin azaldığı, özəl sektor müəssisələrinin banklardakı cari hesablaşma hesablarının qalığında (milli valyutada) yüksək artım dinamikası müşahidə olunur ki, bu da bank sektorundan keçən dövriyyələrin həcminin artaraq şəffaflaşmasını təsdiq edir.

VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər?