14 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda orta aylıq əməkhaqqı və muzdlu işçilərin sayı artıb

2019-cu ilin yanvar-avqust aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 68 min 876 nəfər artaraq 773 min 647 nəfərə çatıb. Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb. Ən çox işçi sayı Nəsimi rayonunda qeydə alınıb - 166 min 894 nəfər. Ən az muzdlu işçi isə Pirallahıda olub. Bu rayonda onların sayı 7 min 862 nəfər təşkil edib.

2019-cu ilin yanvar-avqust aylarının ilkin məlumatlarına əsasən, əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 4,4 faiz artaraq 822,2 manat olub. Ən yüksək orta aylıq əməkhaqqı Pirallahı rayonunda qeydə alınıb. Burada həmin göstərici 1.593,3 manat olub. Ən aşağı orta aylıq əməkhaqqı isə Binəqədi rayonunda olub – 479,5 manat.

2019-cu ilin yanvar-avqust aylarında rayonlar üzrə muzdlu işçilərin sayı və orta aylıq nominal əməkhaqqı:

Muzdlu işçilərin sayı (nəfər)

Orta aylıq nominal əməkhaqqı (manat)

Bakı şəhəri - cəmi

773.647

822,2

o cümlədən rayonlar:

Binəqədi

50.975

479,5

Xətai

63.131

822,9

Xəzər

30.945

749,3

Qaradağ

25.105

1 151,9

Nərimanov

75.854

588,5

Nəsimi

166.894

728,8

Nizami

47.118

678, 1

Pirallahı

7.862

1 593,3

Sabunçu

28.548

568,6

Səbail

118.118

1 486,6

Suraxanı

19.424

630,1

Yasamal

139.673

657,7

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?