19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 30 milyard manata çatıb

Yanvar-sentyabr aylarında Bakıda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artaraq 29,6 milyard manat olub. Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, sənaye məhsulunun 17,7 faizi emal sektorunda istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 83,7 faiz təşkil edib.

İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11 faiz olub. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında oktyabrın 1-nə 273,2 milyon manatlıq hazır məhsul ehtiyatı qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 66 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?