15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Gürcüstandan avtomobil, Gürcüstan isə Azərbaycandan neft-qaz idxalını artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstandan 15.261 ədəd və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,15 dəfə çox avtomobil idxal edib. Bu barədə "Report"un Gürcüstan bürosuna qonşu ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata görə, 9 ay ərzində Gürcüstandan Azərbaycana ixrac edilmiş minik avtomobillərinin ümumi dəyəri 163.899 milyon ABŞ dolları təşkil edib. Bu isə illik müqayisədə 38,2 faiz çoxdur.

Eyni zamanda, hesabat dövründə Gürcüstan da Azərbaycandan neft-qaz idxalını artırıb. Belə ki, yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstana 1.211.248 min kubmetr və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz çox təbii qaz ixrac edib. 9 ay ərzində Gürcüstanın Azərbaycandan idxal etdiyi "mavi yanacağ"ın ümumi dəyəri 200.886 milyon ABŞ dolları olub.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 67.726 milyon dollar dəyərində 122.827 min ton neft və neft məhsulları alıb. Bu, illik müqayisədə 4.439 min ton və yaxud 3,7 faiz çoxdur.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?