19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cari ildə Azərbaycanda pul kütləsi 10 faizdən çox artıb

Bu ilin oktyabrın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 26.550,6 mln. manat təşkil edib ki, bu da əvvəlki aya nisbətən 1.067,9 mln. manat və ya 4,2 faiz çoxdur. Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, ilin əvvəlindən bu göstərici 2.490,2 mln. manat və ya 10,3 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 3.404,2 mln. manat və ya 14,7 faiz artıb.

Cari ilin oktyabrın əvvəlinə ölkədə manatla geniş pul kütləsinin həcmi 16.217,4 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 268,8 mln. manat və ya 1,7 faiz, ilin əvvəlindən 1 573,8 mln. manat və ya 10,7 faiz, son bir ildə isə 2.718,5 mln. manat və ya 20,1 faiz artıb.

Qeyd edək ki, pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?